Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Həkim
Salmanov Paşa Həkim oğlu 1995-ci il avqustun 13-də Göycay rayonunda anadan olub.
Paşa Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağdam döyüşlərində düşmən tərəfindən atılan artileriya atəşi zamanı ağır yaralanır. Paşa Salmanov dekabrın 6-da Hərbi hospitalda şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Paşa Salmanov ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Paşa Salmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailə üzvləri bildirir ki, Paşa vətənpərvər övlad idi. Həmişə vətəninin torpaqlarını işğaldan azad edilməsini arzulayırdı. Çox mərd, şücaətli, qorxmaz idi. Sakit təbiətli, ailəcanlı idi.
Ata: Salmanov Həkim Baba oğlu Ana: Salmanova Ulduzə Əli qızı Qardaş: Salmanov Baba Həkim oğlu