Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Vüqar
Sahil Salmanov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sahil Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahil Salmanov oktyabrın 20-də Füzuli döyüşləri zamanı Kürdlər kəndi istiqamətində şəhid olub. Tovuz rayonunun Düz Qırıqlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Salmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Salmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Sahil Salmanov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Cəsur, qorxmaz,mərhəmətli olub. Ayağından yaralandığını evdəkilərə xəbər verməyib. Anası soruşanda qorxmayın yaxşıyam deyirmiş. Çox mərd bir insan idi.
Ata: Məmmədov Vüqar Əhməd oğlu Ata: Salmanova Gülbəniz Qulu qızı Bacı: Salmanova Sahilə Vüqar qızı Bacı: Salmanova Samirə Vüqar qızı Bacı : Salmanova Nübar Vüqar qızı