Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Təbriz
Pərvin Təbriz oğlu Salmanzadə 17 sentyabr 1991-ci il Astara rayonunun Pensər kəndində anadan olub. 3 bacı və 1 qardaş olmaqla ailədə 6 nəfər olublar.1997-ci ildə Astara rayon Mirzə Fətəli Axundzadə adına Pensər kənd 1 saylı tam orta məktəbin birinci sinifinə daxil olmuş və 2008-ci ildə həmin məktəbin 11-ci sinifini başa vurmuşdu. Orta təhsilini başa vurduqdan sonra 2009-cu ildə Astara rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılır və xidmətə yola salınır. 2011-ci ildə hərbi xidməti başa vurduqdan sonra evinə qayıdan Pərvin ailəsinə kömək məqsədi ilə bir müddət "Azpetrol LTD" MMC-də TXNİ inspetoru vəzifəsində işləmiş və daha sonra fəhləliklə məşğul olmuşdur. Daha sonra Pərvin 2020-ci ildə sənədlərini təqdim edib orduda "MAHHXHQ" kimi xidmət etməyə başlayır…
Pərvin Salmanzadə 27 sentyabr 2020-ci il tarixində başlanan "Vətən müharibəsində" iştirak etmiş və Ağdərə və Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq və igidlik göstərmiş, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmişdir. 6 noyabr 2020-ci ildə Şuşa şəhərinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə komandiri və əsgər yoldaşlarını xilas edərkən özü qəhrəmancasına şəhid olur. Şəhidin nəşi 6 noyabr 2020-ci il doğulduğu Astara rayonunun Pensər kəndi gətirilir və Seyid Camaləddin türbəsində dəfn olunur.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama əsasən Çavuş Pərvin Təbriz oğlu Salmanzadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" , "Şuşanın azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Pərvin Təbriz oğlu Salmanzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cəsur, mərd, səmimi, mehriban, ailəcanlı, dostcanlı, vətənpərvər insan olub.
Ata: Təbriz Rzayev Salman oğlu, Ana: Rzayeva Nərminə Salman qızı Oğlu: Salmanzadə Arda Pərvin oğlu Oğlu: Salmanzadə Arda Pərvin oğlu Həyat yoldaşı: Salmanzadə Sümeyra Yalçın qızı Oğlu: Salmanzadə Təbriz Pərvin oğlu Qızı: Salmanzadə Gül Pəvin qızı