Şamilov Fərid Mirzə
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Şamilov Fərid Mirzə

Ata adı: Mirzə

🐣
Doğum — Sumqayıt
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Sumqayıt Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Zəngilan ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şamilov Fərid Mirzə oğlu 4 may 1999-cı ildə Sumqayıt şəhərində zəhmətkeş bir ailədə dünyaya gəlib.

Hələ uşaqlıqdan yaşıdlarından seçilən Fərid hər kəsin sevimlisi və hər bir işdə fəal, dürüst, qocaq oğlan idi. Uşaqlıqdan vətəninə, torpağını bağlı idi. 2005-2016-cı illərdə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə təhsil alır. Bütün müəllimlərin və sinif yoldaşlarının sevimlisi idi. 2013-ci ildən bu günə qədər atası Mirzə və nənəsi Tamara xanım Fəridi və Fuadı böyüdüb, təlim-tərbiyələri ilə məşğul olublar. Fərid Tamara nənəyə hər zaman deyirmiş: “Nənə gedib Şuşanı alacam, sənidə aparacam...”

Fərid Şamilov 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən həqiqi hərbi xidmətə gedib. Füzuli Haramı düzündəki hərbi hissədə ön xətdə xidmət edib. 2019-cı ildə yanvarın 9-da hərbi xidmətdən qayıdıb.

“Səba” Şirkətlər Qrupunda mühafizə xidmətində əmək fəaliyyətinə başlayıb. Səfərbərlik elan olunanda o “Vətən dardadır” deyərək, öz ərizəsi ilə işdən çıxıb.

2020-ci ildə Tovuz döyüşlərindən sonra könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinə ərizə ilə müraciət edib. 2020-ci il sentyabrın 21-də hərbi xidmətə çağrılıb və Qusar rayonunda bir müddət təlimlər keçəndən sonra sentyabrın 27-də cəbhə bölgəsinə yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə şücaətlə vuruşub. Cəbrayıl, Zəngilan, Xocavənd, Şuşa, Laçın rayonları uğrunda gedən döyüşlərdə igidlik göstərərək, vətənə layıqincə xidmət edib. Son zənglərinin birində deyib: “Atama deyin məni bağışlasın, onu çox istəyirəm”.

2020-ci il noyabrın 8-dən 9-na keçən gecə Fərid Şamilovun Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində son döyüşü olub. Ağır döyüşdə minamyot atəşi Fərid yaralayıb, köməyinə çatmaq istəyən döyüş yoldaşı Famil Məmmədov düşmən gülləsinə tuş gəlib. Fərid döyüş yoldaşı Qubad Əliyevlə birgə şəhidlik zirvəsinə ucalıb.

Fərid Şamilov 10 noyabrda son mənzilə yola salındı. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilən şəhidin vida mərasimində onun yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər sakinləri minlərlə insan iştirak edirdi. O da başqa şəhidlərimiz kimi tarix yazaraq əbədiyyətə qovuşdu. Fərid Şamilovun cənazəsinin büküldüyü üçrəngli Azərbaycan bayrağı dəfn mərasiminin sonunda atası Mirzə Şamilova təqdim olundu.

O torpağını, vətəninin daha çox sevdi. Bakı şəhər 20 saylı məktəbin 2F sinifi onun adın daşıyır.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayış etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Şamilov Fərid Mirzə oğluna ölümündən sonra “Vətən uğrunda”, Cəbrayıl, Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif edib.

Atası Mirzə Şamilov 1993-1997-ci illərdə I Qarabağ müharibəsinin döyüşçüsü olub. O oğlu Fərid haqqında bunları deyir:

- Son döyüşdən bir gün öncə mənimlə danışıb dedi: ”Ata, sən ala bilmədin, amma mən aldım bu torpaqları, Şuşa bizimdır sən narahat olma.” Mərd, saf ürəkli, vətəninə, xalqına bağlı bir oğlan idi. Fərid uşaq vaxtından böyük düşüncələri ilə hamının hörmətini qazanmışdı. Maraqlı söhbətli, insanlara canı yanmağı ilə fərqlənirdi. Hər kəsə bacardığı köməyi əsirgəməzdi. Dostlarının, qohumların sevimlisi idi. Çox inamlı oğlan idi və inanırdı ki, torpaqlarımızı azad olunmasında onun da əməyi olacaq. Fərid bizim xoş xatirələrimzdə qaldı!

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Fərid Şamilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Zaraftcıl, gülərüz, ürəkli, qorxmaz, mərd və vətənpərvər biri idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sumqayıt şəhər, 16 saylı tam orta məktəb
İş Yeri Səba şirkəti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Şamilov Mirzə Əliqulu oğlu Ana: Şamilova Samirə Şahməmməd qızı Qardaş: Şamilov Fuad Mirzə oğlu Bacı: Şamilova Emilya Mirzə qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər