Sarıyev Vüqar Fikrət
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Sarıyev Vüqar Fikrət

Ata adı: Fikrət

🐣
Doğum — Biləsuvar Amankənd kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Biləsuvar Amankənd kəndi
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Vüqar Sarıyev 26 noyabr 1990-ci ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olmuşdur. Amankənd kənd tam orta məktəbini bitirdikdən sonra peşə təhsilini almışdır. Ailəli idi, 2 oğlu və 1 qızı yadigar qaldı.
Vüqar Sarıyev həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə müddətdən artıq hərbi xidmətçi kimi Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə, bir müddətdən sonra isə Murovdağ yüksəkliyində Vətənə xidmət edib. Vətən müharibəsinə də elə burdan qatılıb.

O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Murovdağ, Talış kəndi, Cəbrayıl, Füzuli və Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və Suqovuşan istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Vüqar Sarıyev  Biləsuvar rayonu Amankənd kənd məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Sarıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Sarıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Vüqar Sarıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu,  Vüqar Sarıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vüqar çox mülayim xasiyyətli, mehriban biri idi. Ailəsinə bağlı və ailə qədrini bilən biri idi. İbadət edirdi, ehtiyacı olanlara yardım etməyə sevirdi. Böyük-kiçik yeri bilən, harda necə hərəkət etmək lazım olduğunu bilən biri idi. Öz tərbiyəsi, ədəb-ərkanı ilə dost-tanış, qohum-qonşu arasında çox böyük hörmət qazanmışdı. Vətəninin qeyrətini çəkən və hər an vətəni uğrunda canından keçməyə hazır olan bir igid idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəhid “Eyvaz Kərimov” adına Amankənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Fikrət Sarıyev Atduxan oğlu Ana: Çiçək Rəcəbova Qulam qızı Qardaş: Şaiq Sarıyev Fikrət oğlu Qardaş: Şahin Sarıyev Fikrət oğlu Qardaş: Şaiq Sarıyev Fikrət oğlu Bacı: Aysel Rəhimov Fikrət qızı Həyat yoldaşı: Vüsalə Sarızadə Fərhad qızı Oğlu: Əliəsgər Sarızadə Vüqar oğlu Qızı: Rüqayyə Sarızadə Vüqar qızı Oğlu: Məhəmmədəli Sarızadə Vüqar oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər