Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Vaqif
Məhəmməd Şəbiyev 1998-ci il avqustun 6-da Bakı şəhərində anadan olub. 2013-2016-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2016-2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Məhəmməd Şəbiyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" hərbi rütbəsində Tağım Komandiri olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Məhəmməd Şəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Şəbiyev oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Məhəmməd Şəbiyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad edilməsi uğrunda”, “Cəsur döyüşçü ” medalları ilə təltif edildi.
Mülayim, vətənini sevən insan idi.
Ata: Şəfiyev Vaqif Məhəmməd oğlu Ana: Şəbiyeva Rehan Xəqani qızı Qardaş: Şəbiyev Murad Vaqif oğlu Qardaş: Şəbiyev Malik Vaqif oğlu