Səfərov Ceyhun Akif
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Səfərov Ceyhun Akif

Ata adı: Akif

🐣
Doğum — Lerik Cənginəvud kəndi
🕊️
Şəhadət — Cəbrayıl
📍
Dəfn Olunduğu Yer Lerik Cənginəvud kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ceyhun Akif oğlu Səfərov 12 iyun 1995-ci ildə Lerik rayonunun Cənginəvud kəndində anadan olub. Bir bacı 3 qardaş olmaqla ailədə 6 nəfər olublar. Ceyhun evin ən kiçiyi idi. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2001-ci ildə Lerik rayonu Vizəzəmin kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2012-cu ildə həmin məktəbi bitirib.

Təhsilini başa vurduqdan sonra bir müddət təsərrüfatla məşğul olub. 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Ceyhun Goranboy rayonunda xidmət edib. 2015-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdıb.
Ceyhun 2020-ci ildə könüllü olaraq Lerik rayon Hərbi Komissarlığında qeydiyyatdan keçir və 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində iştirak edir. Füzuli, Cəbrayıl, Zəngilan uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərib. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən Ceyhun 20 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonu Cənginəvud kənd qəbiristanlığında torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Səfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ceyhun Səfərov ölümündən sonra "Cəsur döyüşçü " medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ceyhun Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, ailəcanlı, vətənpərvər, nikbin, cəsarətli bir gənc olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lerik rayonu Vizəzəmin kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Səfərov Akif Ağacan oğlu Ana: Səfərova Gülşən Kərim qızı Bacı: Səfərova Könül Akif qızı Qardaş: Səfərov Valeh Akif oğlu Qardaş : Səfərov Taleh Akif oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər