Səfərov Əfəndi Cahangir
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Səfərov Əfəndi Cahangir

Ata adı: Cahangir

🐣
Doğum — Qax Qaxbaş kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Qax Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əfəndi Səfərov 1 yanvar 1996-cı ildə Qax rayonunun Qaxbaş kəndində anadan olmuşdur. 2002-ci ildə Qax rayon Qaxbaş kənd 2 saylı tam orta məktəbdə orta təhsilə başlamışdır. 2007-ci ildən təhsilini Respublika Olimpiya İdman Liseyində davam etdirmişdir. Hərbi xidmət müddətini bitirdikdən sonra bir müddət mühafizəçi olmuşdur.
Əfəndi Səfərov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuş, Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Əfəndi Səfərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əfəndi Səfərov 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfəndi Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfəndi Səfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfəndi Səfərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əfəndi Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənini sevən, ailəsinə bağlı, gülərüz, xeyirxah, mərd, cəsur, qorxmaz. İşlədiyi kollektivdə böyük hörmət qazanmışdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qax şəhəri İdman liseyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Cahangir Səfərov Əfəndi oğlu Qardaş: Aqşin Səfərli Cahangir oğlu Bacı: Nübar Səfərli Cahangir qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər