Səfərov Fariz Şəmil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Səfərov Fariz Şəmil

Ata adı: Şəmil

🐣
Doğum — Zəngilan Zəngilan rayonu, Şayırlı kəndi
🕊️
Şəhadət — Xocavənd Hadrut
📍
Dəfn Olunduğu Yer Bakı Sovxoz, Ramana qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Səfərov Fariz Şəmil oğlu 13 noyabr 1981-ci ildə Zəngilan rayonunun Şayıflı kəndində anadan olub. 1988-ci ildə Zəngilan  rayon Şayıflı kənd orta məktəbinin  I  sinifinə daxil olub. Yurdumuzun erməni işğalından sonra məcburi köçkün kimi ailəsi ilə birlikdə Hacıqabul rayonunda məskunlaşıb. Hacıqabul rayon Qazıməmməd məktəbinin XI sinifini bitirib.
Fariz Səfərov orta məktəbi bitirdikdən sonra 2000-2001-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra 2001-ci ildən  Hacıqabul rayon Qazıməmməd dəmir yol stansiyasında işləyib. 2020-ci ilin noyabrından Hacıqabul rayon mərkəzi xəstəxanasında təcili tibbi yardım sürücüsü işləyib.
Fariz Səfərov 27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə könüllü olaraq qatılıb. 02 noyabr 2020-ci il tarixdə Xocavənd ərazisində gedən döyüşlərdə böyük şücaət göstərərək Şəhid olmuşdur.
Ailəlidir. Dörd övladı yadigar qalıb. Bakı şəhəri Ramana kənd qəbirstanlığında dəfn edilib.

 

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim, vətənpərvər, ailəsinə bağlı, qayğıkeş ata idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Hacıqabul rayonu 20 saylı orta məktəb
İş Yeri Hacıqabul rayonu Mərkəzi Xəstəxanası Təcili tibbi yardım sürücüsü
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Səfərova Samirə Nazim qızı (12.03.1989) Qızı: Səfərli Safina Fariz qızı (20.02.2009) Qızı: Səfərli Zöhrə Fariz qızı (09.01.2015) Qızı: Səfərli Xədicə Fariz qızı (22.01.2010) Oğlu: Səfərli Şamil Fariz oğlu (30.11.2016)

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər