Səfərov Hikmət İldırım
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Səfərov Hikmət İldırım

Ata adı: İldırım

🐣
Doğum — Ağdam Yusifcanlı kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Ağdam ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə
Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Hikmət Səfərov 1972-ci il İyulun 11-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qaldı. 

Azərbaycan Ordusunun baş leytenantı olan Hikmət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hikmət Səfərov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı ağır yaralanıb. 08.12.2020-ci il tarixində Bakı şəhərində müalicə aldığı Hərbi Hospitalda şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Səfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Səfərov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Xeyirxah, hər kəsə can yandırardı. Ailəsinə bağlı gözəl ata, gözəl ailə başçısı idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağdam rayonu Yusifcanlı kənd orta məktəbi
Ali Təhsil Azərbaycan Neft və Sənaye Universiteti
İş Yeri İnam Aptek
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Səfərova Gülnarə Sətdar qızı Oğlu: Səfərov Azər Hikmət oğlu Oğlu: Səfərov Anar Hikmət oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər