Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Əlihüseyn
Səfərov İntiqam Əlihüseyn oğlu 4 noyabr 1998-ci il Rusiya Federasiyasının Saransk şəhərində anadan olub. Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Ə.Vahid adına 293 № li tam orta məktəbdə təhsil alıb, 2015-ci ildə ümumi orta təhsili başa vurub, həmin il 13 № Bakı Peşə Məktəbinə qəbul olub və 2016- ci ildə “Kompyuter operatoru” peşəsini müvəffəqiyyətlə bitirib.Tədris ili ərzində İntiqam ağıllı, tərbiyəli, vətənpərvər və nümunəvi tələbə olub. Gözəl rəsm əsərləri ilə həmişə məktəb tədbirlərində fərqlənirdi. Məktəbdə keçirilən “ Xocalı Ellegiyası” adlı tədbirdə çəkdiyi rəsm əsəri I yerə layiq görülmüşdür.
2020-ci ildə hərbi xidmətə yola düşən İntiqamın 8 fevral tarixində Tərtər rayonunda andiçməsi olub. O, 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində iştirak edib, Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi uğrunda mərdliklə döyüşüb. 6 oktyabr 2020-ci il tarixində Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “İgidliyə görə”, " Laçının azad olunmasına görə" medalı, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Şəhid Səfərov İntiqam Əlihüseyn oğlu Maştağa kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, İntiqam Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, mərd insan idi.
Ata: Səfərov Əlihüseyn Hüseynağa oğlu Ana: Maxanova Yuliya Bəxtiyar qızı