Səfərov Maarif Mikayıl
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Səfərov Maarif Mikayıl

Ata adı: Mikayıl

🐣
Doğum — Cəlilabad
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Cəlilabad Şəhər qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İkinci Qarabağ müharibəsi şəhidi Qum Ali Dini Elmi Hövzəsinin Cameətul-Mustafa  Beynəlxalq İslam Elmləri Akademiyasının Təbriz filialının tələbəsi, ilahiyyatçı Maarif Səfərov 1997-ci il mayın 21-də Cəlilabad şəhərində anadan olub.

Hələ iyul ayında Tovuz istiqamətində mənfur düşmənin növbəti təxribatı zamanı könüllü olaraq cəbhəyə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. İkinci Qarabağ müharibəsində isə onun bu arzusu reallaşdı. Maarif Səfərov döyüş zamanı bir çox rayonların işğaldan azad edilməsində birbaşa iştirak edib, mərdlik. Oktyabrın 21-də Qubadlı istiqamətində gedən döyüşdə şəhid olub.

Azərbaycan Prezidentinin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə" , "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Şəhidin atası Mikayıl Səfərov övladı ilə bağlı danışarkən bildirib ki, Maarif Murov dağında xidmətdə olarkən general-mayor Polad Həşimov onun komandiri olub. Komandirinin şəhid olması xəbəri Maarifi çox sarsıdıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Maarif Səfərov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Maarifin anası Tamara Səfərova bildirib ki, oğlu çox gülərüz, mehriban, dininə bağlı və vətənpərvər gənc olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəlilabad şəhər 5 saylı orta məktəb
Ali Təhsil Təbriz şəhər İlahiyyə akademiyası
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Səfərov Mikayıl Vələhəd oğlu Ana: Səfərova Tamara Gürşad oğlu Qardaş: Səfərov Mahir Mikayıl oğlu Bacı: Rzayeva Aysel Mikayıl qızı Bacı: Fərəcova Fəridə Mikayıl qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər