Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Şakir
Mais Səfərov 20 iyul 1999-cu ildə Azərbaycanın Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. Atası Şakir maşın ustası, anası isə Narıngül idi. Bir bacısı var idi. İbtidai təhsilini 2006-ci ildə Səbail rayonu Bayıl qəsəbəsi 163 saylı tam orta məktəbdə almış, daha sonra təhsilini 2010-cu ildən 2015-ci ilə qədər Sabunçu rayonu Balaxanı qəsəbəsi C. Cahangirov adına 4 saylı tam orta məktəbdə davam etdirmiş, 2015-ci ildə Bakı Humanitar Kollecinin Təsviri İncəsənət müəllimliyi fakültəsinə qəbul olmuşdur. 31 may 2019-cu ildə kollec təhsilini başa vurmuşdur.
Mais Səfərov 1 iyul 2019-cu ildə Neftçala RHK-dan xidmətə yollanmış, Goranboy rayonu Aşağı Ağcakənd kəndində xidmət etmişdir. Əsgərlikdə olarkən xidmətini layiqli yerinə yetirdiyi üçün dəfələrcə fəxri fərmana layiq görülmüşdür. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Səfərov Talış yüksəklikləri, Murovdağ və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qrantamiyotçu olan Mais Azərbaycan telekanallarının birindəişğaldan azad olunmuş torpaqlarda erməni maşınlarını apararkən görünmüşdü. Səfərov 1 oktyabr 2020-ci ildə Goranboy rayonu Tap Qaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində Ermənistan qüvvələri tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Mais Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Səfərov Mais uşaqlıqdan igid idi. Döyüş yoldaşlarının və komandirlərinin də yaddaşında cəsur insan kimi qalıb.
Ata: Səfərov Şakir Ağasəf oğlu Ana: Səfərova Narıngül Alhüseyn qızı Bacı: Səfərova Nərmin Şakir qızı