📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Balakişi
Məmmədağa Səfərov 10 may 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. Yasamal rayonu 20 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2014-2019-cu illərdə Türkiyənin Balıkəsir Universitetinin makina mühəndisliyi fakultəsində təhsil almışdır.Oxuduğu universitetdə akt zalına Şəhidimizin adı verilib.
Məmmədağa öz istəyi ilə təhsilini donduraraq hərbi xidmətə yollanır. 2020-ci ilin oktyabrın 8-də hərbi xidmətə başlamış və Qusar rayonunda xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində Xocavənd, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Səfərov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunması uğrunda" "Füzulinin azad olunması uğrunda", "Cəbrayılın azad olunması uğrunda"medalları ilə ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Məmmədağa Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Gülərüz, mehriban, utancaq və çox zəkalı idi. Vətənə olan sevgisi çox böyük idi. Təhsil aldığı universitetdə şəhidimizin adına konfrans zalı açılmış, professor-müəllim heyətinin iştirakı ilə böyük tədbir keçirilmişdir.
Ata: Səfərov Balakişi Məmmədağa oğlu Ana: Səfərova Rəna Əziz qızı Bacı: İbrahimova Əsmər Balakişi qızı