Səfərov Şahmar Nazim
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Səfərov Şahmar Nazim

Ata adı: Nazim

🐣
Doğum — Şərur Siyaqut kəndi
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Murovdağ ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Səfərov Şahmar Nazim oğlu 1997-ci il sentyabr ayının 1-də Şərur rayon Siyaqut kəndində dünyaya göz açıb. 2003-cü ildə Kosacan kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2011-ci ildə Heydər Əliyev adına Hərbi Liseydə təhsilinə davam edib, 2014-cü ildə bu liseyin məzunu olub. 2015-ci ildən Heydər Əliyev adına Akademiyada hərbi təhsilinə başlayıb, 2019-cu iildə müvəffəqiyyətlə akademiyanı bitirib. 2019-cu ildə leytenant rütbəsi alaraq tağım komandiri kimi xidmətə başlayıb.

Azərbaycan Ordusunun leytenantı Şahmar Səfərov 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Kəlbəcər rayonu istiqamətində "Şahin-93" döyüş mövqeyi uğrunda gedən döyüşlərdə şəhid olub. Savaşın ilk günü şəhidlik zirvəsinə ucalan Şahmarın adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Şəhidimizin nəşi 52 gün sonra tapılaraq ailəsinə təhvil verilib.Səfərov Şahmar Nazim oğlu 18 noyabr 2020-ci il tarixində Bakıdakı İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyi üçün   “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Səfərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Prezidentinin  Sərəncamına əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyi üçün   “III dərəcəli Rəşadət"  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, cəsur insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Heydər Əliyev adına hərbi lisey
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Akademiya
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Səfərov Nazim Həsənalı oğlu Ana: Səfərova Pakizər Məmməd qızı Qardaş: Səfərov Ruslan Nazim oğlu Bacı: Musayeva Ruhanə Nazim qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər