Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Səfi
Səfiyev Allahverdi Səfi oğlu 15 sentyabr 1993-cü ildə Ucar rayonunun Bağman kəndində anadan olub. Orta təhsilini Ucar rayonu Bağman kənd tam orta məktəbində alıb. Azərbaycan Silahlı Qüvvələrinin Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu idi.
Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Səfiyev Allahverdi Səfi oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Əsgəran(Ağdərə) ərzaisində şəhid olub.
Ucar rayonunun Bağman kənd qəbiristanlığında dəfn edilib.
Ailəli idi. İki övladı yadigar qalıb.
Allahverdi çox işgüzar, ailəsinə, qohum-əqrəbasına can yandıran, mərd, qorxmaz sözübütöv insan idi . Ailənin bütün işlərinə köməklik edərdi. Çox məsuliyyətli bir oğlan idi. Onun ətrafında çoxlu dostları vardı, boş vaxtlarını dostları ilə keçirməyi sevirdi. Onu vətəninə, millətinə olan sevgisi mənfur düşmənlər tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması üçün canından keçərək Şəhidlik zirvəsinə ucaltdı.
Ata: Səfiyev Səfi Veys oğlu Ana: Səfiyeva Rəfiqə Eyyub qızı Qardaş: Səfiyev Haqverdi Səfi oğlu Həyat yoldaşı: Hüseynli Sevinc Rabil qızı Qızı: Səfiyeva Məryəm Allahverdi qızı Oğlu: Səfiyev Ömər Allahverdi oğlu