Şəfiyev Rəşad Vaqif
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Şəfiyev Rəşad Vaqif

Ata adı: Vaqif

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Gəncə
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Mülki müdafiə qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəşad Şəfiyev 13 oktyabr 1991-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1997-2010-cu illərdə Molla Pənah Vaqif adına 8 nömrəli orta məktəbdə orta təhsil almışdır. Ailəli idi. 2 övladı var.
Rəşad Şəfiyev 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2019-cu ilin iyul ayından Fövqəladə Hallar Nazirliyinin «N» saylı hərbi hissəsində xidmətə başlamışdır.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əsgəri olan Rəşad Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı axtarış-xilasetmə çalışmalarında iştirak etmişdir. 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması zamanı axtarış-xilasetmə əməliyyatlarında iştirak etmişdir. 27 oktyabr 2020-ci il tarixində Bərdənin raket atəşinə tutulmasından sonra oradakı axtarış-xilasetmə əməliyyatlarına qatılmışdır. Rəşad Şəfiyev 28 oktyabr 2020-ci il tarixində Bərdənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində aldığı yaralardan şəhid olmuşdur. 29 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Şəfiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, ailəcanlı, səmimi insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 8 saylı orta məktəb
İş Yeri FHN
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Şəfiyev Vaqif Cəlal oğlu Ana: Mahmudova Hicran Qəzənfər qızı Bacı: Şəfiyeva Xəyalə Vaqif qızı Həyat yoldaşı: Şəfiyeva Gülnarə Firdovsi qızı Qızı: Şəfiyeva Zeynəb Rəşad qızı Oğlu: Şəfiyev Ayxan Rəşad oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər