Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Samir
Azərbaycan Ordusunun əsgəri olan Saleh Şərifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Saleh Şərifzadə noyabrın 10-da Şuşa döyüşləri zamanı ağır yaralaıb və tibb müəssisəsinə yerləşdirilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Şərifzadə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Saleh Şərifzadə , oktyabrın 1-də yaralanıb. O , 2021-ci il fevralın 8-də müalicə aldığı tibb müəssisəsində Koma vəziyyətinin 88-ci günündə şəhid olub. Saleh Şərifzadə fevralın 9-da Maştağa qəsəbəsində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Saleh Şəfizadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Vətənpərvər, dostcanlı, mərhəmətli insan idi.
Ata: Şəfizadə Samir Nazim oğlu Ana: Şəfizadə Aidə Əmrulla qızı Qardaş: Şəfizadə Seymur Samir oğlu