Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Bayram
Elşən Səmədli 19 fevral 1993-cü ildə Şərur rayonunda Yurdçu kəndinə dünyaya göz açmışdır. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanan Elşən 2011-ci ildə müddətli həqiqi hərbi xidmətini başa vurmuşdur. 2016-cı ilin aprel ayının əvvəlində Dördgünlük müharibədə iştirak etmişdir.
27 sentyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Elşən Səmədli könüllü əsgər olaraq iştirak etmişdir. 42 gün ərzində müharibənin bir çox döyüşlərində vuruşmuşdur. Vətən Müharibəsi bitdikdən sonra Elşən Səmədli Qubadlıda xidmətini davam etdirmiş və 1 dekabr 2020-ci ildə xidmət zamanı minaya düşərək şəhid olmuşdur. 2 dekabr tarixində Suraxanıda torpağa tapşırılmışdır.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Səmədli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Mehriban, sakit təbiətli insan olub.
Ata: Əsədov Bayram Əli oğlu (20.03.1967) Ana: Əsədova Tünzalə İsmayıl qızı (27.02.1972) Qardaş: Əsədov Səməd Bayram oğlu(28.05.1990) Qardaş: Səmədli Əsəd Bayram oğlu (25.02.1995)