Səmədli Sənan Fikrət
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Səmədli Sənan Fikrət

Ata adı: Fikrət

🐣
Doğum — Yevlax Koranı kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Yevlax Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Sənan Səmədli 27 dekabr 1997-ci ildə Yevlax rayonunda anadan olmuşdur. Sənan 2005-ci il sentaybr ayında Yevlax rayon Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2009-cu ildə Yevlax rayon T.Ismayılov adına Kövər kənd tam orta məktəbin 5-ci sinfinə daxil olmuşdur. 2015-ci ildə Yevlax rayon T.Ismayılov adına Kövər kənd tam orta məktəbin məzunu olmuşdur.
Azərbaycan Ordusunun giziri Sənan Səmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Özüyeriyən Artilleriya Taqımının Top Komandiri kimi iştirak etmişdir. Tərtər döyüşlərində vuruşmuşdur. Sənan Səmədli 30 sentyabr 2020-ci ildə Tərtər rayonunun Dəmirli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Səmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Səmədli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Səmədli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Sənan Səmədli  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, qorxmaz insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Yevlax rayonu, Koranı kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Səmədov Fikrət İlyaz oğlu Ana: Səmədova Zabilə Qiyas oğlu Qardaşı: Səmədov Toğrul Fikrət oğlu Qardaşı: Səmədov Elnur Fikrət oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər