Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Vüqar
Səmədov Camal Vüqar oğlu 1991-ci il iyul ayının 11 -də Neftçala rayonu Xolqarabucaq kəndində anadan olmuşdur. Camal Səmədov orta təhsilini Xolqarabucaq kənd tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Səmıdov Camal Vüqar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Səmədov Camal Vüqar oğlu Neftçala rayonu Xolqarabucaq kənd qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Səmədov Camal Vüqar oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına döyüşürdü. Döyüş yoldaşlarının onun barəsində dediklərinə əsasən o, son nəfəsinə kimi döyüş meydanını tərk etmədi. Sözün əsil mənasında Camal son damla qanına kimi döyüşdü.
Ata: Səmədov Vüqar Seyfəddin oğlu Ana: Səmədova Şəfiqə Soltan qızı Həyat yoldaşı: Səmədova Həcər Şahmar qızı Qızı: Səmədova Şəfiqə Camal qızı Qızı: Səmədova Yağmur Camal qızı