Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Şadıbəy
Mais Səmədov 1977-ci il iyulun 28-də Xaçmaz rayonunun Qadaşoba kəndində anadan olub. Əslən Quba rayonunun Küsnət kəndindən idi. 1992-ci ilə qədər Xaçmaz rayon Qadaşoba kənd tam orta məktəbində, 1992-1995-ci illərdə Xaçmaz şəhər 92 saylı texniki-peşə məktəbində təhsil alıb. 1995-ci ildə məktəbi "elektrik qaynaqçısı" ixtisası ilə bitirib. Ailəli idi. 2 övladı yadigar qaldı.
Mais Səmədov Azərbaycan Daxili Qoşunlarının sıralarında 1996-1999-cu illərdə müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Füzuli rayonunda və Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2004-cü ildən eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə davam edib. Keçmiş ANAMA-nın Göygöl rayonu ərazisində ərazisində təşkil etdiyi istehkamçı ixtisası üzrə kursu bitirib. Daxili Qoşunların Ali Hərbi Məktəbində təşkil olunan altıaylıq "gizir hazırlığı kursu"nu bitirib və "gizir" hərbi rütbəsini alaraq Quba rayonunda yerləşən "N" saylı hərbi hissədə anbar rəisi kimi xidmət edib. Mayis Səmədov 2011-ci ilin sentyabrından xüsusi təyinatlı dəstədə atıcı-radiotelefonçu vəzifəsini yerinə yetirib. 2012-ci ilin sentyabrından etibarən qoşunların Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müxtəlif vəzifələrdə xidmətini davam etdirib.
Mais Səmədov 2019-cu ilin martından istehkamçı yarımqrupunda baş istehkamçı-yarımqrup komandiri idi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Mayis Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mayis Səmədov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Səmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhidin anasının bildirdiyinə görə vətən müharibəsində düşmənə qarşi fədakarcasına döyüşərək böyük qələbənin qazanılmasinda layiqincə vuruşan oğullardan biri də Mayis olub. Vətən müharibəsində son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalan Mais Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarinin hərbi qulluqçusu, istehkamçı gizir olub. Anasi Əzizə xanım oğlunun mərdliyindən, cəsurluğundan, cəngavər kimi döyüşçü olduğundan qururla bəhs edir.
Ata: Səmədov Şadıbəy Əzimbəy oğlu Ana: Səmədova Əzizə Şahnəzər qızı Həyat yoldaşı: Səmədova Ruhiyyə Tariyel qızı Qızı: Səmədova Məleykə Mayis qızı Oğlu: Səmədov Süleyman Mayis oğlu Qardaş: Səmədov Ceyhun Şadıbəy oğlu Bacı: Səmədova Kəmalə Şadıbəy qızı