Səmədov Nicat Şahin
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Səmədov Nicat Şahin

Ata adı: Şahin

🐣
Doğum — Bakı Biləcəri qəsəbəsi
🕊️
Şəhadət — Zəngilan ğbənd qəsəbəsi
📍
Dəfn Olunduğu Yer Bakı Sulutəpə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Dövlət Sərhəd Xidməti
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Zəngilan

Təltif Edildiyi Orden və Medallar

"Zəngilanın azad olunmasına görə" medalı

"Zəngilanın azad olunmasına görə" medalı

Zəngilanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nicat Səmədov 1992-ci il dekabrın 26-da Bakı şəhərində anadan olub.1999-cu ildə Binəqədi rayon 297 saylı tam orta məktəbində ibtidai təhsilə başlayıb. 2005-ci ildə 6-cı sinfi bitirdikdən sonra Yasamal rayon Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 7-ci sinfinə qəbul olub.2008-ci ildə bu liseyin 9-cu sinfini bitirib, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olub.2011-ci ilin İyul ayında həmin kollecin mühasibat uçotu və audit üzrə təhsilini başa vurub hərbi xidmətə yollanır.
Hərbi xidməti DSX-nin Beyləqan rayon 2-ci Şahsevən kəndinin sərhəd bölüyündə tamamladıqdan sonra 6 aylıq gizirlik kursunu oxuyur. Təhsilini başa vurduqdan sonra DSX-nin N saylı hərbi hissəsində kiçik gizir rütbəsində çalışmağa başlayır. 2016-cı ildə Aprel döyüşlərində fəal iştirak edib. 2018-2019-cu illərdə komandanlıq tərəfindən yüksək səviyyəli xidmətinə görə fəxri fərmanlara layiq görülür. Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan döyüşlərində iştirak edib.

Azərbaycan Ordusunun giziri olan Nicat Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Səmədov oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bakı şəhərinin Sulutəpə qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında iştirak edən, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Səmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Səmədov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, sadə, dostcanlı, yardımsevər, ailəcanlı insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Binəqədi rayonu 297 N-li tam orta məktəb
İş Yeri Azərbaycan Dövlət Sərhəd Xidməti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Səmədov Şahin İnqilab oğlu Ana: Səmədova Pərvanə Maksud qızı Qardaş: Səmədov Nəriman Şahin oğlu Bacı: Quliyeva Nərmin Şahin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər