Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Mətləb
Samir Mətləb oğlu Səmədov 18 yanvar 2002 -ci il Astara rayonunun Pensər kəndində anadan olub.Uşaqlıq illəri doğulduğu Pensər kəndində keçmişdi.Orta təhsilini Astara rayonu Z.Ə.Əhməzadə adına 2 saylı tam orta məktəbdə təhsil almışdı.Təhsilini başa vuran Samir 24 yanvar 2020 -ci il Astara rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılır.Tərtər rayonu "N" saylı hərbi hissəyə göndərilir.
27 sentyabr 2020 - ci il Vətən müharibəsi zamanı Talış kəndi və Ağdərə rayonu istiqamətində gedən şiddətli döyüşlərdə iştirak etmiş və düşmənə sarsıdıcı zərbələr endirməklə böyük şücaət və qəhrəmanlıq göstərmişdi. Düşmən bir çox canlı qüvvəsini məhv edən qəhrəman Samir oktyabr ayının 10 - da itkin düşür.Nəhayət 18 noyabrda Samirin nəşi tapılır.10 oktyabr tarixində şəhid olduğu bilinir.Şəhidin nəşi 19 noyabr 2020 -ci ildə böyüyüb boya-başa çatdığı Astara rayonunun Pensər kəndinə gətirilir və Seyid Camaləddin türbəsində torpağa tapşırılır.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən,Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu,əsgər Samir Mətləb oğlu Səmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Samir Səmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, cəsur, mərd insan idi.
Ata: Səmədov Mətləb Gülağa oğlu Ana: Səmədova Sevinc Səfail Qardaş: Səmədov Real Mətləb oğlu Qardaş: Səmədov Seymur Mətləb oğlu Qardaş: Səmədov Tunar Mətləb oğlu