Şəmşiyev İlham Şakir
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Şəmşiyev İlham Şakir

Ata adı: Şakir

🐣
Doğum — Qazax Yuxarı Salahlı kəndi
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Qazax Yuxarı Salahlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni
"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şəmşiyev İlham Şakir oğlu 1997-ci il aprel ayının 9-da Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuşdur. İlham Şəmşiyev orta təhsilini Yuxarı Salahlı kənd orta məktəbində  almışdır.  

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu İlham Şəmşiyev 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.

İlham Şəmşiyev Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İlham Şəmşiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Yuxarı Salahlı kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Şəmşiyev Şakir Yusif oğlu Ana: Şəmşiyeva Zülfiyyə Vahid qızı Qardaş: Şəmşiyev Bayram Şakir oğlu Qardaş: Şəmşiyev Şahmar Şakir oğlu Bacı: Şəmşiyeva Pərvanə Şakir qızı Bacı: Şəmşiyeva Şahnaz Şakir qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər