Sərdarlı Rahim Rafik
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Sərdarlı Rahim Rafik

Ata adı: Rafik

🐣
Doğum — Xaçmaz Canaxır kəndi
🕊️
Şəhadət — Şuşa Daşaltı kəndi
📍
Dəfn Olunduğu Yer Xaçmaz Canaxır kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Sərdarlı Rahim Rafik oğlu 13 Avqust 1996 ci ildə Xaçmaz rayon Canaxir kəndində anadan olub.

Aprel döyüşlərinin fəal iştirakçılarından olan Rahim Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanıb və elə ön cəbhələrdə vuruşub. Cəbrayıl, Qubadlı döyüşlərində fəal iştirak edib. Rahim evə son zəngində şiddətli döyüşlərin getdiyini, ordumuzun hər gün irəlilədiyini deyib. Ailəsinə artıq Şuşaya çatdıqlarını, tezliklə Qarabağın tam azadlığa qovuşacağını bildirib. 

Noyabrın 8-də Şuşa azad olunan gün Rahimin ailəsinə şəhid olması barədə məlumat verilib. Vətən Müharibəsinin qəhrəman şəhidi doğulub boya-başa çatdığı Canaxır kəndinin qəbiristanlığında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamı ilə əsgər Rahim Sərdarlı ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Rahim Sərdarlı  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Ailə üzvlərinin və yaxınlarının bildirdiyinə görə Rahim vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanıb və elə ön cəbhələrdə vuruşub. Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Ailəsinə artıq Şuşaya çatdıqlarını, tezliklə Qarabağın tam azadlığa qovuşacağını bildirib. Şəhidin anasının dediyinə görə, Rahim müharibədən üç ay öncə nişanlanmışdı. Müharibə başlamazdan əvvəl ailə toy mərasiminə hazırlıq işləri ilə məşğul olublar. Şəhidin nişanlısına son sözü “Mən sağ salamat qayıdacam, məni qəhrəman kimi qarşılayacaqsınız” olmuşdur.
Şəhidimizin anası deyir ki, müharibədən üç ay öncə oğlu nişanlanıb:
“Toyuna hazırlaşırdıq, amma o, bizi yox, Vətəni seçdi. Mənim yox, Vətənin övladı oldu”. Rahim Sərdarlı Şuşa azad olunan gün şəhid olub. Vətən müharibəsinin qəhrəman şəhidi doğulub boya-başa çatdığı Canaxır kəndinin qəbiristanlığında dəfn olunub. Həmin ərazidə hazırda onun adına bulaq inşa edilib.
Bacısı Mələk Məmmədovanın sözlərinə görə, Rahim nişanlı olub və toyuna hazırlıq gedirmiş: “Mənə söz vermişdi ki, qayıdacaq. Deyirdi, heç narahat olmayın, getdiyim kimi də gələcəyəm. Nişanlısına da söz vermişdi ki, məni qəhrəman kimi qarşılayacaqsınız. Elə də oldu. Qəhrəman qardaşımla fəxr edirəm

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xaçmaz şəhər 8 saylı məktəb-lisey
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Rafik Sərdar oğlu Ana: Məmmədova Əsmirə Nurməhəmməd qızı Bacı: Məmmədova Mələk Rafik qızı Qardaş: Məmmədli İsmayıl Rafik oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər