Şərifov Turan Vidadi
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Şərifov Turan Vidadi

Ata adı: Vidadi

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Cəbrayıl ⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Turan Vidadi oğlu Şərifov 20 iyun 2001-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı.
135 nömrəli Əliağa Şıxlinski adına tam orta məktəbdə orta təhsilini almışdı. Beynəlxalq Çerkass Dövlət Texnologiya Universitetinin 1-ci kurs tələbəsi və ixtisasca iqtisadçı idi. Turan həm xanəndə həm də musiqiçi idi. Gitara, saz, tar, piano, balaban, qaval kimi musiqi alətlərini tam düzgün və sərbəst ifa edirdi. İlk oxuduğu mahnı “Sarı gəlin” və “Qarabağ şikəstəsi” idi. Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbini bitirib. 23 aprel 2013-cü ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Füzuli rayon uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin “Xanəndəlik” ixtisası üzrə keçirilən müsabiqədə iştirakına görə “Fəxri Fərman”la təltif edilib. 2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Binəqədi Rayon orta ümumtəhsil məktəbləri arasında keçirilən "Azərbaycan səninlədir - sənsiz deyil" dördüncü yaradıcılıq festivalında iştirak edib. İştirakına görə də “Fəxri Fərman”la təltif olunub. Turan həm xanəndə də musiqiçi idi. Gitara, saz, tar, piano, balaban, qaval kimi musiqi alətlərini tam düzgün və sərbəst ifa edirdi. İlk oxuduğu mahnı “Sarı gəlin” və “Qarabağ şikəstəsi” idi. Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbini bitirib. 23 aprel 2013-cü ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Füzuli rayon uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin “Xanəndəlik” ixtisası üzrə keçirilən müsabiqədə iştirakına görə “Fəxri Fərman”la təltif edilib. 2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Binəqədi Rayon orta ümumtəhsil məktəbləri arasında keçirilən "Azərbaycan səninlədir - sənsiz deyil" dördüncü yaradıcılıq festivalında iştirak edib. İştirakına görə də “Fəxri Fərman”la təltif olunub.

Şərifov Turan Gəncə şəhəri "N" saylı hərbi hissədə əsgər idi. 27 sentyabr 2020-ci ildə müharibənin ilk günündən döyüşlərdə fəal iştirak edib. Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərləri istiqamətində 40 gün və son olaraq 5 Noyabr 2020-ci ildə Laçın şəhərində qəhrəmancasına döyüşərkən şəhidlik zirvəsinə yüksəlmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid əsgər Turan Vidadi oğlu Şərifov “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Turan Vidadi oğlu Şərifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, qorxmaz, cəsur insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Şərifov Vidadi Qardaş: Şərifov Tural Vidadi oğlu Bacı: Musayeva Gülnar Vidadi qızı Bacı: İbadova Sevinc Vidadi qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər