📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Ramiz
Seymur Sərxoşov 1987-ci il yanvarın 28-də Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 1993-cü ildə şəhid Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamışdır.
2004-cü ildə orta məktəbi bitirdikdən sonra "Nəqliyyat servisi (avtomobil nəqliyyatı üzrə)" ixtisası üzrə Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. Ali təhsilini başa vuran Seymur 2008-ci ildə hərbi xidmətə yollanmışdır. Qazax rayonunda xidmət etmişdir. İxtisasca sürücü olmuşdur. 2009-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə nəqliyyat sahəsində çalışmağa başlamışdır.
Azərbaycan 2020-ci il 27 sentyabr tarixində ərazi bütövlüyünü bərpa etmək üçün düşmən təxribatlarına cavab olaraq vətəni müdafiəyə başladı. Döyüşlər başlayar-başlamaz Seymur da vətənin dar günündə ona dayaq olmaq üçün ordu sıralarına qayıtdı. Döyüşlərə qatıldığı gündən daima ön cəhbədə şücaətlə xidmət etdi. Füzulidə könüllü hərbi batalyona qoşulan Seymur 14 oktyabra qədər Qubadlı rayonuna qədər gəlib çıxa bilmişdi. Elə həmin gün Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə mənfur düşmənin ağır artilleriyadan açdığı mərmi atəşi nəticəsində Seymur qəhrəmancasına şəhid oldu. Şəhidimizin nəşi oktyabrın 18-də valideynləri ilə birgə yaşadığı Qızıldaş qəsəbəsinə gətirildi. Seymurun cənazəsi döyüşə yollandığı qəsəbədə böyük izdihamla qarşılandı. Şəhid növbəti gün, 19 oktyabr yaşadığı Qızıldaş qəsəbəsi Şəhidliyində rayon rəhbərliyinin iştirakı ilə təntənəli surətdə torpağa tapşırıldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Seymur Sərxoşov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Çox mərd və qəhraman olub. Ailəyə və vətənə bağlı biri idi. Dostları arasında və məktəbdə çox nümunəvi olub.
Ata: Sərxoşov Ramiz İldır oğlu Ana: Sərxoşova Mahirə Rəcəb qızı Bacı: Sərxoşova Səidə Ramiz qızı Bacı: Sərxoşova Səbinə Ramiz qızı Qardaş: Sərxoşov Kənan Ramiz oğlu Qardaş: Sərxoşov Sənan Ramiz oğlu