Seyfullazadə Kamran Cəlal
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Seyfullazadə Kamran Cəlal

Ata adı: Cəlal

🐣
Doğum — Astara
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Astara Yeni qəbiristanlıq
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli ⚔️ Tərtər ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Seyfullazadə Kamran Cəlal oğlu 14 yanvar 1999-cu ildə Astara şəhərində anadan olmuşdur. Orta təhsilini Astara şəhər F.Əliyarov adına 6 saylı orta məktəbdə almışdır.

N saylı hərbi hissədə hərbi xidmətini başa vurmuşdur. Kamran İyul hadisələri zamanı hərbi komisarlığa gedərək könüllü cəbhəyə döyüşə getmək üçün yazılı ərizəsi ilə müraciət etmişdir. Əks-hücum əməliyyatları başlayan ilk günlərdə Kamran könüllü cəbhəyə yollanır. Füzuli, Hadrut, Cəbrayıl istiqamətində döyüşlərdə iştirak etmiş, dəfələrlə yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxarmışdır. Döyüş yoldaşları Kamranın onlarla erməni başını kəsdiyindən danışıb.Sonda isə Şuşaya ilk daxil olan Xüsusi Təyinatlı Dəstənin könüllüsü olaraq Kamran 4 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 5 noyabr 2020-ci ildə doğulduğu Astara şəhərində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 15-i tarixli Sərəncamına əsasən Kamran Seyfullazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Seyfullazadə ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 15-i tarixli Sərəncamına əsasən Kamran Seyfullazadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 15-i tarixli Sərəncamına əsasən Kamran Seyfullazadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 15-i tarixli Sərəncamına əsasən Kamran Seyfullazadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Kamran Seyfullazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, qorxmaz, cəsur insan olub. Döyüş yoldaşları onun haqqında çox qürurla danışırlar.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Astara şəhəri, F. Əliyarov 6 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Seyfullayev Cəlal Sehnan oğlu Ana: Seyfullayeva Ruqiyyə Firudin qızı Bacı: Seyfullazadə Samirə Cəlal qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər