Seyid-zadə Mirhüseyn Miryunis
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Seyid-zadə Mirhüseyn Miryunis

Ata adı: Miryunis

🐣
Doğum — Rusiya Federasiyası Moskva şəhəri
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Laçın ⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mirhüseyn Seyid-Zadə 11 fevral 1991-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1997-2006-cı illərdə M.Ə.Sabir adına 5 nömrəli məktəbdə təhsil almışdır. 2007-ci ildə Gəncə Humanitar Kollecinə (indiki Gəncə Dövlət Regional Kolleci) daxil olmuşdur. 2010-cu ildə kolleci “Gömrükxana işi” ixtisasıyla bitirmişdir. Hərbi xidmətini başa vurduqdan sonra 2016-2017-ci illərdə Türkiyə Respublikasının İstanbul şəhərində özəl şirkətdə çalışmışdır.
Mirhüseyn Seyid-Zadə 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.

2018-ci ildə Azərbaycana geri dönmüş, Azərbaycan Sülhməramlı Qüvvələrinə qatılmışdır. 2020-ci il iyulun 7-dən etibarən Bakı şəhərində sülhməramlıların tərkibində təlimlərə başlamışdır.

Azərbaycan Ordusunun Sülhməramlı Qüvvələrinin əsgəri olan Mirhüseyn Seyid-Zadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mirhüseyn Seyid-Zadə 8 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 9 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirhüseyn Seyid-Zadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirhüseyn Seyid-Zadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirhüseyn Seyid-Zadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirhüseyn Seyid-Zadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirhüseyn Seyid-Zadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Tərbiyəli, ailəcanlı, ünsiyyətcil, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 5 №li orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Seyid-zadə Miryunis Mirbağır oğlu Ana: Seyid-zadə Kifayət Məmmədtağı qızı Bacı: Seyid-zadə Aytən Miryunis qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər