Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: İslam
Seyidov Tural İslam oğlu 1994-cü il avqust ayının 12 –də Şabran rayonu Günəşli kəndində anadan olmuşdur. Tural Seyidov orta təhsilini Şabran rayonu Günəşli kənd orta məktəbində almışdır.
Vətən müharibəsi iştirakçısı olub, müharibədə cəsarəti və qorxmazlığı ilə fərqlənmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Seyidov Tural İslam oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı rayonu Ağbulaq kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Seyidov Tural İslam oğlu Şabran rayonu Günəşli kənd qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Seyidov Tural İslam oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Öz yaşıdları arasında Daima vətənə, millətə sevgisi ilə seçilmişdir.
Ata: Seyidov İslam Balaseyid oğlu Ana: Seyidova Fəridə İlyas qızı Həyat yoldaşı: Seyidova Sevda Ağamalı qızı Qızı: Seyidova Aysel Tural qızı Oğlu: Seyidov Hüseyn Tural oğlu Qardaşı: Seyidov Rəşid İslam oğlu