Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: İmran
Niyət Şirəliyev 1990-cı il fevralın 9-da Şamaxı rayonunun Ovçulu kəndində anadan olub. 1996-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı.
Niyət Şirəliyev 2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ixtisası üzrə biliklərini artırıb. 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 2014-cü ildə ona “baş leytenant” hərbi rütbəsi verilib. Niyət Şirəliyev 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərdə iştirak edib. 2018-ci ildən “kapitan” hərbi rütbəsi altında xidmətini davam etdirirdi.
Niyət Şirəliyev 2019-cu ildə Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissənin taboruna tabor komandirinin Maddi-texniki təminat üzrə müavini, 2020-ci ildə “N” saylı hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunur. Niyət Şirəliyev 2020-ci ilin iyul ayında baş tutan Tovuz döyüşlərində iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Niyət Şirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Niyət Şirəliyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyət Şirəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Niyət Şirəliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kapitanı Niyət Şirəliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Hamı tərəfindən sevilən, hamının hörmətini qazanan, dostcanlı, ailəcanlı bir insan idi.
Ata: Şirəliyev İmran Niyət oğlu Ana: Şirəliyeva Gültəkin İsrail oğlu Həyat yoldaşı: Şirəliyeva Səadət Kamil qızı Oğlu: Şirəliyev Nicat Niyət oğlu Qızı: Şirəliyeva Zeynəb Niyyət qızı Qardaş: Şirəliyev Ötkəm İmran oğlu Qardaş: Şirəliyev Nəimi İmran oğlu Qardaş: Şirəliyev Eldar İmran oğlu