Şirəlizadə Süleyman İlham
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Şirəlizadə Süleyman İlham

Ata adı: İlham

🐣
Doğum — Oğuz Padar kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Oğuz Padar kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Süleyman Şirəlizadə 6 iyun 2001-ci ildə Oğuz rayonunun Padar kəndində anadan olub. 2007-ci ildə Arzu Əliyev adına Padar kənd tam orta məktəbinə daxil olmuşdur. 2018-ci ildə məktəbi bitirmişdir.
Süleyman Şirəlizadə 2019-cu ilin iyulunda Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinin başa çatmasına bir neçə ay qalmış Vətən müharibəsi başlamış və döyüşlərə qatılmışdır.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Süleyman Şirəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsində Ağdərə istiqamətində savaşıb. Ağdərə istiqamətində "Tülkü dərəsi" deyilən ərazidə 5 oktyabr 2020-ci il tarixində şəhid olmuşdur. Süleyman Şirəlizadə 6 oktyabr 2020-ci il tarixində Oğuz rayonu Padar kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Süleyman Şirəlizadə ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu,  Süleyman Şirəlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Süleyman gülərüz, sadə və hamının könlünü almağı bacaran bir uşaq idi. Məktəb illərindən vətənpərvər, əlində bayraq öndə gedənlərdən olmuşdur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Oğuz rayonu, A.Əliyev adına Padar kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Şirəliyev İlham Şövkət oğlu Ana: Rəsulova İlahə Telman qızı Bacı: Bəkirli Muxsa İlham qızı Qardaş: Şirəlizadə İkram İlham oğlu Qardaş: Şirəliyev İslam İlham oğlu Qardaş: Şirəlizadə Ruslan İlham oğlu Qardaş: Şirəliyev Şövkət İlham oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər