Şirinov Ehtibar Fazil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Şirinov Ehtibar Fazil

Ata adı: Fazil

🐣
Doğum — İsmayıllı İvanovka kəndi
🕊️
Şəhadət — Zəngilan
📍
Dəfn Olunduğu Yer İsmayıllı İvanovka kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Zəngilan ⚔️ Cəbrayıl ⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
"Zəngilanın azad olunmasına görə" medalı

"Zəngilanın azad olunmasına görə" medalı

Zəngilanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ehtibar Şirinov 27 avqust 1993-cü ildə İsmayıllı rayonu, İvanovka kəndində doğulub. Orta təhsilini doğulduğu kənndə almışdır. Bundan əlavə Dini Hafizlik təhsili almışdır. Etibar 2020-ci ilin avqust ayında ailə həyatı qurmuşdu.
Ehtibar Azərbaycan Ordusunda müddətli hərbi xidməti zamanı kəşfiyyatçı olmuşdur. Atası Şirinov Fazil də birinci Qarabağ müharibəsinin qazisidir. Ehtibar Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılır. Zəngilan rayonu ərazisində Ziyarətgah dağı uğrunda gedən döyüşlərdə yaralanır və yenidən döyüşlərə qatılır. Hadrut Füzuli, Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə qəhramancasına iştirak edir. Ehtibar 9 noyabr 2020-ci ildə Zəngilan rayonu ərazisində azad olunmuş kəndlərin birində öz döyüşçü yoldaşları ilə nəzarət işini təşkil edərkən, orada gizlənmiş mənfur düşmənin gülləsinə tuş gəlmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ehtibar Şirinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur, mərd, dostcanlı, vətənpərvər gənc olub. Vətənini çox sevirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb İsmayıllı rayon, İvanovka kənd orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Şirinov Fazil Nizam oğlu Ana: Şirinova Əfruz Müslüm qızı Bacı: Şirinova Həcər Fazil qızı Bacı: Şirinova Nigar Fazil qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər