Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Seyran
Polad Seyran oğlu Şirinov 2002-ci il oktyabrın 5-də Bakıda anadan olub. Subay idi. Ailədə 2 bacı 2 Qardaş idilər. 2009-cu ildə 1-ci sinfə Binəqədi rayonu 182 saylı məktəbdə gedib. Sonra təhsilini 4-cü sinifdən etibarən Suraxanı rayonu 315 saylı orta məktəbdə davam etdirib. Karate və kikboks kimi idman növləri ilə məşğul olub. Məktəblər arası təşkil olunan " Hərbi Şahin " oyunlarında uğurla iştirak etmişdir. Dərslərilə yanaşı idmanada xüsusi diqqət göstərmişdir. Məktəb vaxtlarından xaraktercə çox sakit, təmkinli yoldaşlarına və valideynlərinə qarşı hörmətlə yanaşan..
2020-ci il AZMİU'nun nəznində İnşaat kollecinin " su təchizatı və suayırma " bölməsinə qəbul olub, lakin Poladın Vətənə olan sevgisi təhsil həyatını yarıda qoyur və Kolleci donduraraq Hərbi xidmətə yollanır. Hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirib və bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışıb. XTQ kursunu fərqlənmə ilə bitirib. 6 ay idiki XTQ də xidmət edirdi. 13 – 14 sentyabr Düşmən təxribatının qarşısını alarkən yaralı dostlarını xilas etmək üçün gözünü qırpmadan meydana atılmışdır. Ayağından güllə yarası almasına baxmayaraq döyüşmüş və yaralı döyüş yoldaşlarını xilas etmişdir. Yaralanmasına baxmayaraq ayağına jqut bağlansada o döyüş meydanından təxliyə olmağı imtina edir və geri çəkilmir. Böyrəyindən qəlpə yarası alaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 15 sentyabr ikinci fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Polad Şirinov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Yoldaşlarının dediyinə görə, Polad nəinki qəhrəmancasına döyüşmüş, həmçinin öz döyüş yoldaşlarını xilas etmək üçün yaralı halda hec düşünmədən irəliyə atılmışdır. Üzü-başı qan içində olsa belə geri çəkilmək ağlından belə keçməmişdi.Yoldaşlarının təxliyəsi üçün düşmənin maşının ələ keçirib.Ayağından yaralandıgı halda yenədə geri çəkilməmişdir.Yoldaşlarını təxliyyə etdikdən sonra böyrəyindən aldığı qəlpə yarası nəticəsində Polad ən ali zirvəyə- şəhidlik zirvəsinə ucalmışdır.
Ata: Şirinov Seyran Mirhüseyn oğlu Ana: Şirinova Mahirə İmanqulu qızı Qardaş: Şirinov Zülfüqar Seyran oğlu Bacı: Şirinova Nəzrin Seyran qızı Bacı: Şirinova Zeynəb Seyran qızı