Şirinov Tale Qadir
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Şirinov Tale Qadir

Ata adı: Qadir

🐣
Doğum — Qəbələ Çuxur Qəbələ kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Qəbələ Çuxur Qəbələ kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Tale Şirinov 21 noyabr 1996-cı ildə, Qəbələ rayonunun Çuxur Qəbələ kəndində anadan olub. O, 2003-cü ildə Çuxur Qəbələ kənd Ə. Məmmədov adına tam orta məktəbin 1-ci sinfinə daxil olub. Orta təhsilini həmin məktəbdə alıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.

Azərbaycan Ordusunun əsgəri olan Tale Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə olub. Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-da Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra  “Laçının azad olunmasına görə” medalı, "Suqovuşanın" azad olunmasına görə" medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Tale Şirinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur, mərd, mehriban, ailəcanlı, dostcanlı, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qəbələ rayonu, Çuxur Qəbələ kənd tam orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ana: Şirinova Brilyant İsbəndiyar qızı Bacı: Şirinova Pərvanə Qadir qızı Qardaş: Şirinov Məhyəddin Qadir oğlu Qardaş: Şirinov Elməddin Qadir oğlu Həyat yoldaşı: Şirinova Şəbnəm Maarif qızı Oğlu: Şirinov Mərd Tale oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər