Şirinzadə Elnur Xalıqverdi
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Şirinzadə Elnur Xalıqverdi

Ata adı: Xalıqverdi

🐣
Doğum — Yevlax
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Yevlax Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elnur Şirinzadə 1998-ci il fevral 10-da Yevlax rayonunda anadan olub. 2003-cu ildə Yevlax şəhər S.Vurğun adına 5 saylı tam orta məktəbin rus bölməsinə daxil olmuşdur. 2013-cu ildə orta təhsilini başa vurub.2014-cu ildə Ağdam Sosial İqtisad kollecinin Yol hərəkətinin təşkilifakultəsinə qəbul olub. 2018-ci ildə təhsilini başa vurub. 2020-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olmuşdur.
Hərbi xidmətini Hacıqabul rayon N saylı hərbi hissənin muhafizə bölməsində keçirmişdir.Hərbi xidmətini 2020-ci ilin Yanvar ayında başa vurmuşdur.Bir muddət mulki işlərdə işləmişdir.Azərbaycan Ordusunun əsgəri olan Elnur Şirinzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elnur Şirinzadə oktyabrın 13-də şəhid olub. Yevlax rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Şirinzadə ölümündən sonra “Cəsur döyüşçü” "Vətən uğrunda" medalı və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elnur Şirinzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, vətənpərvər, dostcanlı insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Yevlax şəhəri, S.Vurğun adına 5 saylı məktəb
Ali Təhsil Azərbaycan Dövlət Memarlıq və İnşaat universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Şirinova Xalıqverdi Mürvət oğlu Ana: Nəsibova Gültəkin Yusif qızı Qardaş: Şirinzadə Elnur Xaliqverdi oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər