Şirvani Həsənağa Bəhruz
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Şirvani Həsənağa Bəhruz

Ata adı: Bəhruz

🐣
Doğum — Bakı Binə qəsəbəsi
🕊️
Şəhadət — Murovdağ Murovdağ
📍
Dəfn Olunduğu Yer Bakı Binə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Murovdağ ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Həsənağa Bəhruz oğlu Şirvani 23 aprel 2002-ci ildə Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. 2008-2019-cu illərdə şəhid Rəşid Baxışov adına 218№-li tam orta məktəbində təhsil alıb. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 

Azərbaycan Ordusunun əsgəri olan Həsənağa Şirvani Goranboy rayonu, Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşlərində şəhid olub. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Həsənağa Bəhruz oğlu Şirvani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, qorxmaz, yardımsevər zəhmətkeş olub. Yaxınları, dostları arasında böyük hörmət qazanıb. Döyüş yoldaşlarının dediklərinə əsasən özündən başqa hər kəsi düşünürdü, hər kəsi qoruyurdu, qorxmadan döyüşürdü.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 218 saylı Rəşid Baxışov adına tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Rəfiyeva Şəfəq Faiq qızı Qardaş: Şirvani Kamran Bəhruz oğlu Qardaş: Şirvani Pərvin Bəhruz oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər