Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Şahverdi
Fariz Şıxaliyev 1987-ci il dekabrın 10-da Sovet Sosialist Respublikaları İttifaqının Xabarovsk vilayətində anadan olub. 1994-2004-cü illərdə A.A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbində, 2006-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində “feldşer” ixtisası üzrə təhsil alıb. Ailəli idi. Bir oğul övladı yadigar qaldı.
Fariz Şıxaliyev 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsi altında xidmətə başlayıb. 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmətini davam etdirirdi. Fariz Şıxaliyev 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlər zamanı Talış yüksəkliyi istiqamətində savaşıb.
Azərbaycan Ordusunun giziri olan Fariz Şıxaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fariz Şıxaliyev oktyabrın 27-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Şıxaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Şıxaliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fariz Şıxaliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fariz Şıxaliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fariz Şıxaliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fariz Şıxaliyev ölümündən sonra "Azərbaycan bayrağı" medalı ilə təltif edildi.
Səmimi, gülərüz, zarafatçıl, böyüklərə hörmət edən biri olub.
Ata: Şıxaliyev Şahverdi Tarıverdi oğlu Ana: Şıxaliyeva Xəzəngül Mirbaba qızı Bacı: Allahverdiyeva Günay Şahverdi qızı Qardaş: Şıxaliyev Ağaverdi Şahverdi oğlu Həyat yoldaşı: Şıxaliyeva Fərqanə Missəlim qızı Oğlu: Şıxaliyev Əli Fariz oğlu