Şıxıyev Vüqar Xalid
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Şıxıyev Vüqar Xalid

Ata adı: Xalid

🐣
Doğum — İsmayıllı
🕊️
Şəhadət — Ağdərə Suqovuşan
📍
Dəfn Olunduğu Yer İsmayıllı Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Qarabağ" ordeni

"Qarabağ" ordeni

"Qarabağ" ordeni
"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Vüqar Şıxıyev 7 avqust 1971-ci ildə İsmayıllı şəhərində anadan olub. 1978-ci ildə İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub. Məktəbin ictimai tədbirlərində fəal iştirak edib. 1987-ci ildə riyaziyyat üzrə respublika olimpiadasında iştirak edərək fəxri fərmanla təltif edilib. 1988-ci ildə Azərbaycan Texnologiya Universitetinin Maşınqayırma fakültəsinə qəbul olub, 1992-ci ildə oranı bitirib və ona leytenant hərbi rütbəsi verilib. Fərdi sahibkarlıqla məşğul idi.
Ailəli idi, iki övladı vardı. Oğlu Naxcıvan Dövlət Universitetində stomotologiya fakultəsində, qızı isə tam orta məktəbdə təhsil alır.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Şıxıyev Vüqar Xalid oğlu  Vətən Müharibəsi başlayanda ehtiyatda olan zabit kimi orduya sentyabrın 21-dən cəlb olunmuş, Talış, Suqovuşanın işğaldan azad edilməsində artilleriya zabiti kimi fəal iştirak etmişdir. Vətən Müharibəsində zəfərimizi əldə etdikdən bir müddət sonra dekabrın 8-9 keçən gecə 2020-ci il tarixində hərbi xidməti davam etdirərkən şəhid olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamına əsasən Şıxıyev Vüqar Xalid oğlu "“Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

O, həmçinin "Vətən müharibəsi iştirakçısı" medalı ilə  təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, qayğıkeş insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb İsmayıllı şəhər 1 saylı tam orta məktəbi
Ali Təhsil Azərbaycan Texniki Universiteti
İş Yeri Sahibkar
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Sədirova Aytən Əliağa qızı Ana: Şıxıyeva Solmaz Əliabbas qızı. Oğlu: Şıxıyev Abtalıb Vüqar oğlu Qızı: vŞıxıyeva Nərmin Vüqar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər