Şixmuradov Kamil Şixəmməd
Baş çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Şixmuradov Kamil Şixəmməd

Ata adı: Şixəmməd

🐣
Doğum — Xaçmaz Xudat şəhəri
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Xaçmaz Fərzəlioba kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Füzuli ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Şücaətə görə medalı

Şücaətə görə medalı

Şücaətə görə medalı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Kamil Şixmuradov 25 dekabr 1978-ci ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuşdur. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində hücum edən bölmələrin mühəndis təminatını həyata keçirərək iştirak etmişdir.
27 sentyabr 2020-ci il tarixdə başlamış Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının ilk dəqiqələrindən Füzuli rayonunun Alxanlı kəndi istiqamətindən hücuma keçəcək Azərbaycan Silahlı Qüvvələrinin birlik və birləşmələri üçün düşmənin minalanmış sahələrindən, dərmir-beton maneələrindən və torpaq sədlərindən keçidlərin açılmasında bilavasitə iştirak etmişdir. 6 noyabr 2020-ci il tarixdə Qubadlı-Laçın istiqamətində gedən şiddətli döyüşlər zamanı, düşmən arxasına sızmağa çalışan kəşfiyyat qruplarına keçid açdıqdan sonra, məruz qaldıqları düşmənin artilleriya atəşi nəticəsində aldığı ağır bədən xəsarətlərindən döyüş meydanında şəhid olmuşdur. 7 noyabr 2020-ci il tarixində yağışlı bir payız günündə, izdihamlı keçən dəfn mərasimi ilə xalqın atəşli şüarları altında Xaçmaz rayonunun Fərzəlioba kənd qəbiristanlığında dəfn olunmuşdur.
1997-ci ilin iyul ayında SHXÇDX  Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 1997-ci ildən 1999-cu ilədək Naxçıvan Muxtar Respublikasında 940 nömrəli hərbi hissədə "sürücü-elektrik" vəzifəsində xidmət etmişdir. 1999-cu ilin fevral ayından iyul ayınadək Naxçıvan Muxtar Respublikasında 216 nömrəli hərbi hissədə "atıcı" vəzifəsində xidmət etmiş və müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmışdır.
2004–2008-ci illərdə "Azərbaycan Dəmir Yolları" QSC-nin Təhlükəsizlik Xidmətinin Yalama Yüklərin və Obyektlərin Təhlükəsizliyi komandasında "atıcı" vəzifəsində çalışmışdır.
17 aprel 2014-cü ildən 6 noyabr 2020-ci ilədək Müdafiə Nazirliyinin 342 nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə daxil olaraq "mühəndis" ixtisası üzrə "manqa komandiri" və "taqım komandirinin müavini-manqa komandiri" vəzifələrində xidmət etmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Kamil Şixmuradov  “Cəbrayılın azad olunmasına görə” medalı ilə tətif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Kamil Şixmuradov “Füzulinin azad olunmasına görə” medalı ilə ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Şəhidin həyat yoldaşının bildirdiyinə görə, Kamil həyatını vətənə həsr etmişdir. İşini canından çox sevirdi, bu vətənə olan bağlılığından irəli gəlirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xudat şəhər 3 sayli orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Şixmuradov Şixəmməd Əmrah oğlu Ana: Şixmuradova Sürəyya Hacıqayib oğlu Həyat yoldaşı: Şixmuradova Mətanət Dadaşbala qızı Oğlu: Şixmuradov Fərid Kamil oğlu Qızı : Şixmuradli Sürəyya Kamil oğlu Qardaşı: Şixmuradov Mehman Şixəmməd oğlu Qardaş: Şixmuradov Rafayil Şixəmməd oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər