Solnsev Dmitriy Aleksandroviç
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Solnsev Dmitriy Aleksandroviç

Ata adı: Aleksandroviç

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Qubadlı ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Dmitriy Solnsev 1995-ci il aprelin 15-də Bakı şəhərində anadan olub. Milliyyətcə rus idi. Uşaq yaşlarında həm anasını, həm də atasını itirib. Bir bacısı var. 2001-2012-ci illərdə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2016-cı illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali təhsil alıb. Subay idi.
Dmitriy Solnsev 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Nəsimi Rayon Hərbi Komissarlığına müraciət edib və Azərbaycan Ordusu sıralarına yazılıb.

Azərbaycan Ordusunun əsgəri olan Dmitriy Solnsev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Dmitri Solnsev oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub.  II Şəhidlər Xiyabandına dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Dmitriy Solnsev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Dmitriy Solnsev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Dmitriy Solnsev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Dmitriy Solnsev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Dmitriy çox vətənpərvər və təvazökar insan olmuşdur. Eyni zamanda Dmirtiy həm də çox mehriban və qayğıkeş insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 240 saylı orta məktəb
Ali Təhsil Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
İş Yeri TƏBİB
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Solnsev Aleksandr Dmitriyeviç Ana: Sonlseva Lyudmila Fyodorovna Bacı: Solnseva Yuliya Aleksandrovna

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər