Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Qinyaz
Şahmar Soltanlı 20 fevral 1996-cı ildə Şəkidə anadan olmuşdur. Orta təhsilini Şəki şəhəri 5 saylı tam orta məktəbdə almışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Bakı humanitar kollecinə qəbul olmuşdur. Atasının vaxtsız vəfatı və anasının sağlamlıq vəziyyəti ilə əlaqədar təhsilini tamamlamadan iş həyatına başlamışdır. Subay idi.
2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılmışdır. 2020-ci ilin may ayında hərbi xidmətdən tərxis olmuşdur.
Vətən müharibəsində Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstəmişdir. 27 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Şəki Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Soltanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şahmar Soltanlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Soltanlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Şahmar Soltanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mülayim, mərhəmətli, tərbiyəli, vətənpərvər, güzəştə gedən biri olub.
Ata: Bədirov Qinyaz Soltan oğlu Ana: Bədirova Gülxar İkram qızı Qardaş: Soltanlı Elgün Qinyaz oğlu