Soltanov Gəray Xəlil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Soltanov Gəray Xəlil

Ata adı: Xəlil

🐣
Doğum — Beyləqan Dünyamalılar kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Beyləqan Dünyamalılar kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Gəray Soltanov 1993-cü il oktyabrın 29-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Ailəli idi. İki qızı yadigar qaldı.
Azərbaycan Ordusunun əsgəri olan Gəray Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gəray Soltanov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Gəray Soltanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Şəhidin atası Xəlil Soltanov: “Gəray hər zaman vətənpərvərliyi ilə seçilirdi. O, iyul hadisələrindən sonra hərbi komissarlıqda qeydiyyatdan keçdi. Vətən müharibəsi başlayan zaman isə könüllü olaraq cəbhəyə getdi. Baxmayaraq ki, ailəli idi, bir övladı var, Vətən sevgisi onun üçün əziz oldu. Gedərkən ailəsini bizlərə əmanət edib, vidalaşdı. Gəray döyüşlər zamanı göstərdiyi şücaətə görə seçilib. O, Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabr ayının 4-də isə qəhrəmancasına şəhid olub. Bu gün biz bütün şəhid övladlarımızla fəxr edirik. Çünki onların sayəsində Vətənimiz yağı düşmənin tapdağından xilas edildi, şəhidlərimiz özlərindən əvvəlki şəhidlərin də qisasını aldılar”.
Şəhidin həyat yoldaşı Mələk Soltanova: “Gəray çox ailəcanlı və vətənpərvər insan idi. Döyüşlər başlayan gün bir an belə tərəddüd etmədən “övladımızdan muğayat ol” deyərək, cəbhəyə yollandı. Bir neçə dəfə əlaqə saxlamışdım, hər dəfə qələbə haqqında bəhs edərdi”.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Beyləqan rayonu, Dünyamalılar kəndi R.Ağamalıyev adına tam orta məktəb
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Soltanov Xəlil Əlihüseyin oğlu Ana: Soltanova Qunça Mirağa qızı Qardaş: Soltanov Cavid Xəlil oğlu Həyat yoldaşı: Soltanova Mələk Tacəddin qızı Qızı: Soltanlı Zeynəb Gəray qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər