Soltanov Oruc Fərhad
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Soltanov Oruc Fərhad

Ata adı: Fərhad

🐣
Doğum — Kürdəmir Sovla kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Kürdəmir Sovla kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Oruc Soltanov 1999-cu il yanvarın 1-də Kürdəmir rayonunun Sovla kəndində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Oruc Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oruc Soltanov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Kürdəmir rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Soltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Soltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Hüseyn Sultanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Oruc Soltanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Anası Soltanova Nazənim: Hər gün səhər alaqaranlıqda durub həyət-bacanı gəzirəm, elə bil ki, Orucun səsi, nəfəsi gəlir həyətdə. Əkib qulluq elədiyi ağaclara toxunuram, daşda, divarda əl izinə sığal çəkirəm, uzaqdan mənə kölgə kimi görünən surəti ilə danışıb, ürəyimi boşaldıram. Yeganə təsəllimiz onun ölməzliyi – Şəhidliyidir. Başımı uca elədi qəhrəmanlığı ilə. Başıma tac qoydu - ən qiymətli ad verdi mənə - Şəhid Anası. Müharibə bitəndən sonra döyüş yoldaşları bizə gəlmişdilər. Dedilər ki, Oruc döyüşə girməmişdən əvvəl bizə demişdi ki, mən şəhid olsam, anama deyərsiz ki, ağlamasın, şəhid üçün ağlamazlar! Şəhidlər Vətən üçün doğulur, Vətən üçün ölür.

Atası Soltanov Fərhad: Oruc ramazan ayında doğulduğuna adını Oruc qoyduq. Bəlkə ona görə də belə pak, ürəyi, əli açıq uşaq idi. Axşamlar evə toplaşanda, hamımızın əyləncəsi Oruc olurdu. Onun şirin danışığı, məzəli hərəkətləri kefimizi açır, yorğunluğu unudurduq. Hərbi xidmət vaxtı çatanda həvəslə getdi. Oruc əsgər kimi də bizə üz ağlığı, baş ucalığı gətirmişdi. Quru qoşunlarında snayperçi ixtisasına yiyələnmişdi. Hərbi xidməti başa vurduqdan sonra bir ara Bakıda işlədi, amma yenə öz kəndimizə qayıdıb yanımda mənə kömək etməyə, texnika sürməyə başladı. Vətən müharibəsi başlayandan sonra 29 sentyabrda səfərbərliyə çağırdılar, Axşamüstü Ağcabədiyə yola düşdü. Füzuli istiqamətindən döyüşə başladı. Hər gün, günaşırı danışırdıq telefonla. Son danışığımız oktyabrın 15-də, gündüz saat 12-də oldu. "Yaxşıyam yuxarı qalxmışıq, mənə zəng çatmayacaq. Sabah hərbi hissəyə qayıdanda danışarıq. Məndən nigaran qalmayın! Anamdan muğayat ol, ata!" – dedi. Sanki vəsiyyət edirmiş.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Kürdəmir rayonu, Sovla kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Soltanov Fərhad Şəmsəddin oğlu Ana: Soltanova Nazənim Şavət qızı Qardaşı: Soltanov Murad Fərhad oğlu Bacısı: Süleymanova Mətanət Fərhad qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər