Şükürlü Nicat Ayaz
Ҫavuş
🇦🇿 Azərbaycan Şəhidi

Şükürlü Nicat Ayaz

Ata adı: Ayaz

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Xocavənd Hadrut
📍
Dəfn Olunduğu Yer Bakı Badamdar qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Ҫavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
"Vətən Müharibəsində Arxa Cəbhədə Xidmətlərə görə" medalı

"Vətən Müharibəsində Arxa Cəbhədə Xidmətlərə görə" medalı

Vətən Müharibəsində Arxa Cəbhədə Xidmətlərə görə medalı
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nicat Şükürlü 1991-ci il oktyabrın 23-də Səbail rayonunun Badamdar qəsəbəsində anadan olub. 1998-2009-cu illərdə Bayıl qəsəbəsində 49 saylı "Intellect" liseyində təhsil alıb. 2014-2019-cu illərdə isə Slavyan Universitetində (BSU) "Beynəlxalq münasibətlər" üzrə ali təhsil alıb. Karate idman növü ilə məşğul olub və Azərbaycan daxili yarışlarda bir sıra nailiyyətlər əldə edib. Subay idi.
Nicat Şükürlü 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun çavuşu olan Nicat Şükürlü 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Şükürlü oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Şükürlü ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Şükürlü ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Şükürlü ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Nicat Şükürlü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Nicat Şükürlü çox mərd, cəsarətli insan idi. Uşaq yaşlarından idmana həvəsli olub, boks, karate idman növləri ilə məşğul olmuşdur. Karate üzrə 2 dəfə Respublika birincisi olub. Ailəsi, dostları ilə vaxt keçirməyi, gəzməli-görməli yerlərə getməyi xoşlayardı. Təmizkar, səliqəli, özünə, geyiminə fikir verən biri idi. Boş vaxtlarında futbol oynayar, fitnesslə məşğul olardı. Hər işində çox məsuliyyətli idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 49 nömrəli İntellekt liseyi
Ali Təhsil Bakı Slavyan Universiteti
İş Yeri İstanbul Çarşı Şirkəti, Satış meneceri
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Şükürov Ayaz Əlipaşa oğlu Ana: Şükürova Yeganə Hacıağa qızı Bacı: Şükürlü Nigar Ayaz qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər