Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Davud
Alim Şükürov 1998-ci il mayın 23-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub. 2004-2015-ci illərdə Ağdaş kənd tam orta məktəbində təhsil almışdır. 2018-ci ildə Cəlilabad Peşə Liseyini bitirmişdir.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Alim Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Alim Şükürov noyabrın 9-da Zəngilan döyüşləri zamanı Bartaz istiqamətində şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Şükürov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Şükürov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Şükürov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Alim Şükürov “Cəbrayılın azad olunmasına görə” medalı ilə tətif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Alim Şükürov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, qorxmaz, ailəcanlı, dostcanlı, vətənpərvər insan olub.
Ata: Şükürov Davud Ağaqulu oğlu Ana: Babayeva Minəvvər Adış qızı Qardaş: Şükürov Əhəd Davud oğlu Bacı: Rüstəmova Səkinə Davud qızı