Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Təyyub
Samir Şükürov 1974-cü il noyabrın 7-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub. Ailəli idi. 2 oğlu və 1 qızı yadigar qaldı.
Ailədə 6 qardaş, 5 bacı olublar. Ailənin sonbeşiyi Samir olub. 1981-ci ildə Fəxrəddin Şahbazov adına Kəlvəz kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. Təhsilini bitirdikdən sonra 1991-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1 il 5 ay hərbi xidmətdən sonra Üçtəpədə türk komanda zabitlərinin təlimlərinə qoşulur. Kiçik leytenant rütbəsi alır. Daha sonra ordu sıralarına qayıdır. 1993-cü ildən I Qarabağ müharibəsində müxtəlif istiqamətlərdə gedən döyüşlərdə fəal iştirak edir. Hərbi vəzifələrini layiqincə yerinə yetirir, baş leytenant rütbəsi alır, bölük komandiri olur. 1997-ci ildə ehtiyata buraxılır. 2006-cı ildə iyunun 10-da ailə həyatı qurur. 3 övladı Vətənə əmanət qalıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Samir Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Şükürov noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Şükürov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Şükürov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Şükürov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Samir Şükürov “Azərbaycan Bayrağı” ordeni ilə tətif edilib.
Vətən Müharibəsi başlananda könüllü olaraq cəbhəyə yollanır. Oktyabrın 25-i müharibəyə yollanan qəhrəmanımızın ailəsi noyabrın 10-u Qələbə günü onun şəhid olması xəbərini alır. Şeİrə, ədəbiyyata bağlı olan şəhidimizin ən böyük arzusu yazdığı şerlərini toplayaraq kitab nəşr etdirmək olub.
Ata : Şükürov Təyyub Ağalı oğlu Ana: Şükürova Sona Şirməmməd qızı Qardaş: Şükürov Rasim Təyyub oğlu Qardaş: Şükürov Əfqan Təyyub oğlu Qardaş:-Şükürov İlqar Təyyub oğlu Qardaş: Şükürov Yaşar Təyyub oğlu Qardaş: Şükürov Arzuman Təyyub oğlu Bacı: Şükürova Gülqayıt Təyyub qızı Bacı: Şükürova Sevil Təyyub qızı Bacı: Şükürova Solmaz Təyyub qızı Bacı: Şükürova Firəngiz Təyyub qızı Bacı: Şükürova Aygün Təyyub qızı= Həyat yoldaşı: Şükürova Zümrüd Tofiq Oğlu: Şükürzadə Təyyub Samir oğlu Qızı: Şükürzadə Nuray Samir qızı Oğlu: Şükürzadə Tunar Samir oğlu