Süleymanlı Kənan Sadıq
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Süleymanlı Kənan Sadıq

Ata adı: Sadıq

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Kənan Süleymanlı 30 yanvar 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qərbi Azərbaycanın Zəngibasar rayonunun Rəncbər kəndindəndir. Orta təhsilini Bakı şəhər 94 saylı tam orta məktəbdə bitirmişdir. Azərbaycan Kooperasiya Universitetində ali təhsil almışdır. Subay idi.

Kənan Süleymanlı bir müddət Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabitlik kursu keçmişdir. Kursu başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmət etmişdir.Xidmətini başa vurduqdan sonra ehtiyatda olan zabit kimi ordudan tərxis olmuş, mülki fəaliyyətini davam etdirmişdir.

Azərbaycan Ordusunun leytenantı olan Kənan Süleymanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü ehtiyatda olan zabit kimi iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kənan Süleymanlı 9 noyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində Üçtəpə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Şəhid olduğu 21 noyabr tarixində müəyyənləşmiş, nəşi II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Süleymanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Kənan Süleymanlı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Süleymanlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Süleymanlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Vətən müharibəsində vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021 - ci il tarixli Sərəncamına əsasən Kənan Süleymanlı ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi .

Xatirələrdə Yaşayan Şəhid:

Xüsusi təyinatlıların almağa çətinlik çəkdiyi Ağtəpə, Qızılqaya adlandırılan yüksəklilklərin alınmasında böyük şücaət göstərmişdir. Ağtəpə istiqamətində mühasirəyə düşdüklərində bizdən gələn hava dəstəyinin əsgərlərini tanıması üçün dəbilqələrini çıxarıb taxta ilə havada saxlamağı əmr vermiş və hava dəstəyinə isə bizim əsgərlərin dəbilqələrinin havada olacağını söyləmişdir. Kritik vəziyyətdə həmişə vacib qərarları tez bir zamanda vermişdir. Qızılqaya yüksəkliyini ermənilərin hündür postları ağır artilleriya silahlarına rəğmən 8 nəfər əsgəri ilə azad etmişdir. Həmin gün yüksəkliyə gedən yolu ermənilər hündür postlardan nəzarətdə saxlayırdılar. Kənan əsgərlərinə ziq-zaq qaçaraq postun gördüyü hissəni keçməyi əmr vermişdir. İlk olaraq isə özü keçmişdir. Əsgərlərini həmişə ürəkləndirmiş təhlükəli vəziyyətlərdə qorxmamalarını ilkin olaraq təhlükəyə özü gedərək təmin etmişdir. Noyabrın 9-u Xocavənd istiqamətində 3 təpə adlandırılan yüksəkliyi almağa yollanmışdır, 3 tağım 3 istiqamətdə irəliləmişlər. Əsgərləri ilə öndə gedərək sona qədər döyüşmüş və orada əsgərləri ilə birlikdə şəhid olmuşdur. Qeyd edilən yerdə erməni dəstəsi sayca çox olmuşlar və əvvəlcədən güclü istehkam qurmuşdular. Döyüşlərdə əsgərlərini daima himayə etmişdir və gecəler soyuq havalarda üst geyimini əsgərlərə vermişdir. Uzun yollar qət edildiyinə görə çox əsgər əlavə ərzaq silah ya geyimi daşıya bilmirdilər, buna görə üzərində daima əlavə su yemək silah-sürsat və paltar daşımışdır ki, çətin şəraitlərdə əsgərlər çox susuzluq və aclıq çəkməsin. Döyüşlərdə də yaralanan əsgərlərin yarasını sarmış tez çıxmaqlarını təmin etmişdir. Yaralıları və şəhidləri döyüş meydanından çıxarmağı önəmli vəzifə bilirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb 94 saylı orta məktəb
Ali Təhsil Azərbaycan Kooperasiya Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Şirəliyev Sadıq Süleyman oğlu Ana: Şirəliyeva Səadət İslam qızı Qardaş: Şirəliyev Sənan Sadıq oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər