Süleymanlı Nail Səfər
MAHHXHQ
🇦🇿 Azərbaycan Şəhidi

Süleymanlı Nail Səfər

Ata adı: Səfər

🐣
Doğum — Qax Qaşqaçay kəndi
🕊️
Şəhadət — Xankəndi
📍
Dəfn Olunduğu Yer Qax Qaşqaçay kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xankəndi

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Süleymanlı Nail Səfər oğlu 2003-cü il may ayının 23-də Qax rayonu  Qaşqaçay kəndində anadan olmuşdur. Nail Süleymanlı orta təhsilini Şəhid Z.Rəhimov adına Qaşqaçay kənd tam orta məktəbində  almışdır.  

Nail Süleymanlı Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndii istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nail Süleymanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 

Xatirələrdə Yaşayan Şəhid:

Vətənini sevən, ailəsinə, kəndinə bağlı idi. Gənc olmasına baxmayaraq kənddə böyük hörmət qazanmışdı. Atası qeyd edir: Müddətli hərbi xidməti bitirdikdən sonra bildirdi ki, mən hərbiçi olmaq istəyirəm. Onda döyüşçü ruhu var idi. Həmişə döyüşə can atırdı. Şəhid olmuş dostlarının qisasını almaq istəyirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəhid Z.Rəhimov adına Qaşqaçay kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Süleymanov Səfər Paşa oğlu Ana: Süleymanova Təranə Saleh qızı Bacı: Süleymanova Natəvan Səfər qızı Qardaş: Süleymanov Hüseyin Səfər oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər